BAKI, AzerVoice, Nailə Babazadə
Təyyarənin düşməsi ilə bağlı araşdırmalar çoxşaxəli şəkildə davam edir və Türkiyə Müdafiə Nazirliyi mövzu ilə bağlı ətraflı açıqlamalar verəcək.
AzerVoice xəbər verir ki, Ərdoğan bu sözləri TBMM-də partiyasının qrup iclasında çıxış edərəkən bildirib.
Ərdoğan bildirib ki, keçən həftə şəhid olan 20 əsgər və yanğınsöndürmə təyyarəsində həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Ərdoğan qeyd edib ki, laqeydliyi və ya səhvi olan hər kəs tək-tək müəyyən ediləcək və heç kimə güzəşt edilməyəcək.