BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 294 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 23 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.