BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin oktyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 577 min 60 nəfər olub.
Bu barədə AzerVoice -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 2 milyon 189 min 540 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 387 min 520 nəfər təşkil edib.
2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 26 min 677 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 19 min 382 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 7 min 295 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 13 faiz artaraq, 23 min 968 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq 21 min 299, beynəlxalq reyslər üzrə də 27 faiz artaraq 2 min 669 olub.
2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.