BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən İrana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 232 milyon 808 min 42 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında İrana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 29 milyon 302 min 57 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 732 milyon 440 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 7 milyard 959 milyon 351 min dollar məbləğində mebel ixrac edib.