Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

    10 Sentyabr 2025 11:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

    Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir.

    Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

    Məlumata əsasən, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

    Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

    Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

    Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrın ötən dövründə isə 6.98% olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.

    "Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il oktyabr ayının 22-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir," - deyə məlumatda qeyd olunub.

    #ABŞ #Valyuta #AMB #Dövlət Gömrük Komitəsi #milli valyuta #dollar #Mərkəzi bank #Azərbaycan Mərkəzi Bankı (AMB) #Beynəlxalq Valyuta Fondu #euro
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    14 Fevral 2026 15:19

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:23

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    11 Fevral 2026 16:15

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.