BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında İrana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalaraq, 327 min 1 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İrana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artaraq, 2 milyon 651 min 58 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 132 milyon 770 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 1 milyard 488 milyon 430 min dollar məbləğində dəri ixrac edib.