BAKI, AzerVoice
2025-ci ilin iyul ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 869 min 765 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz azalaraq, 865 min 254 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 4 min 551 nəfər təşkil edib.
2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 8 min 514 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 8 min 420 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 114 faiz artaraq, 94 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 18 faiz azalaraq, 9 min 61 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 18 faiz azalaraq, 9 min 15, beynəlxalq reyslər üzrə isə 43 faiz azalaraq 46 olub.
2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.