BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul ayında Türkiyənin Kocaeli limanı 5 min 398 gəmi qəbul edib.
Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən min 544, digər ölkələrin bayraqları altında üzən 3 min 854 gəmi qəbul edib.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.
Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.
2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.