Əsas səhifə » May ayında Türkiyənin İƏT ölkələrinə ixracı 6 milyard dolları keçib (ÖZƏL)

May ayında Türkiyənin İƏT ölkələrinə ixracı 6 milyard dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,2 faiz azalaraq 6 milyard 344 milyon 671 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – may ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,7 faiz artaraq, 29 milyard 252 milyon 946 min dollar olub.

“Bu ilin may ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq 4 milyard 343 milyon 426 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – may aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 15,1 faiz artaraq, 19 milyard 579 milyon 367 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 279 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin may ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artaraq 24 milyard 817 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 31 milyon 462 min dollar olub.

“Bu ilin yanvar – may ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 263 milyard 64 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 110 milyard 904 milyon dollara, idxalı isə 5,8 faiz artaraq 152 milyard 160 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Digər Kateqoriyalar

2025 © Azervoice