Əsas səhifə » May ayında Türkiyədən Misirə avtomobil ixracı 27 milyon dolları keçib (ÖZƏL)

May ayında Türkiyədən Misirə avtomobil ixracı 27 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artaraq, 27 milyon 402 min 76 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq, 105 milyon 711 min 22 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 16 milyard 581 milyon 811 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 3 milyard 947 milyon 720 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,9 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 38 milyard 704 milyon 62 min dollar məbləğində avtomobil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice