Əsas səhifə » Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 41 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 41 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq, 9 milyon 137 min 85 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq, 41 milyon 88 min 63 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 13 milyard 147 milyon 227 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 2 milyard 767 milyon 723 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 30 milyard 328 milyon 576 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice