Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Münaqişə olan ölkələrdə yoxsulluq artır - Dünya Bankı

    27 İyun 2025 22:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə (FCS) yoxsulluğ artır.

    AzerVoice xəbər verir ki, bu barədə Dünya Bankının verdiyi açıqlamada deyilir.

    Dünya Bankının yeni hesabatına görə, bu ölkələrdə silahlı qarşıdurmalar və qeyri-sabitlik iqtisadiyyata dağıdıcı təsir göstərir, yoxsulluğun artımını sürətləndirir, aclığı dərinləşdirir və inkişafla bağlı əsas məqsədlərin reallaşmasını qeyri-mümkün edir.

    2020-ci ildən bəri münaqişəli ölkələrdə adambaşına düşən ÜDM orta hesabla 1,8 faiz azalıb. Bu müddətdə digər inkişaf etməkdə olan ölkələrdə isə artım 2,9 faiz təşkil edib. Hazırda gündə 3 dollardan az gəlirlə yaşayan insanların sayı bu ölkələrdə 421 milyona çatıb. Bu rəqəm digər ölkələrin cəmi yoxsul əhalisindən çoxdur. Proqnozlara görə, 2030-cu ilə qədər bu göstərici 435 milyona yüksələcək və dünyanın ən kasıb əhalisinin təxminən 60 faizini təşkil edəcək.

    Dünya Bankı Qrupunun baş iqtisadçısı İndermit Gill bildirib ki, bu ölkələrin 70 faizindən çoxu Afrikadadır və müdaxilə edilməzsə, bu vəziyyət xroniki hal alacaq. O əlavə edib ki, bu ölkələrin yarısı artıq 15 ildən çoxdur ki, münaqişə və qeyri-sabitlik şəraitində yaşayır. Belə böhranlar digər ölkələrə də təsir edə bilər.

    Hazırda FCS kateqoriyasına daxil olan 39 ölkənin 21-də münaqişələr aktiv şəkildə davam edir. Bu isə yoxsulluğun aradan qaldırılması istiqamətində hər hansı hədəfə çatmağı mümkünsüz edir. İnkişaf etməkdə olan digər ölkələrdə ekstremal yoxsulluq səviyyəsi 6 faizdirsə, FCS ölkələrində bu rəqəm 40 faizə yaxındır. Bu ölkələrdə adambaşına düşən ÜDM təxminən 1 500 dollar olaraq qalır, halbuki digər inkişaf etməkdə olan ölkələrdə bu göstərici iki dəfədən çox artaraq 6 900 dollara çatıb. FCS ölkələrində orta ömür uzunluğu 64 ildir ki, bu da digər ölkələrə nisbətən 7 il azdır.

    İşsizlik də ciddi problemdir. 2022-ci ilin məlumatına görə, bu ölkələrdə 270 milyondan çox əmək qabiliyyətli insan var, lakin onların yalnız yarısı məşğuldur. Dünya Bankının baş iqtisadçısı Ayhan Kose bildirib ki, bu ölkələrdə son 15 ildə iqtisadi artım yox, durğunluq normaya çevrilib.

    Bununla belə, hesabatda bildirilir ki, FCS ölkələrinin iqtisadi artım potensialı mövcuddur. Onların ÜDM-nin 13 faizindən çoxu təbii resurslardan gəlir – bu, digər inkişaf etməkdə olan ölkələrdən 3 dəfə çoxdur. Məsələn, Konqo, Mozambik və Zimbabve kimi ölkələr təmiz enerji texnologiyaları üçün vacib olan minerallarla zəngindir.

    Bu ölkələrin üstünlüklərindən biri də gənc və artan əhali sayıdır. İnkişaf etmiş və bir çox inkişaf etməkdə olan ölkələrdə əmək qabiliyyətli əhalinin sayı ya sabitləşib, ya da azalır. FCS ölkələrində isə bu göstərici sabit şəkildə artır və gözləntilərə görə, 2055-ci ilə qədər bu ölkələrdə əhalinin üçdə ikisi əmək qabiliyyətli olacaq – bu isə dünyada ən yüksək göstəricidir.

    Lakin bu demoqrafik üstünlüyün iqtisadi dividendlərə çevrilməsi yalnız təhsil, səhiyyə, infrastruktur və özəl sektorun inkişafına ciddi sərmayələr qoyulacağı təqdirdə mümkün olacaq.

    #Dünya Bankı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

    30 Oktyabr 2025 18:27

    Qətər Maliyyə naziri Efiopiya, Özbəkistan və Liviya nazirləri ilə görüşüb

    18 Oktyabr 2025 18:26

    Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

    18 Sentyabr 2025 16:44

    Səudiyyə Ərəbistanı Suriyada dağıntıların aradan qaldırılması və sosial reabilitasiyaya yönəlmiş layihələrə başlayıb

    8 Sentyabr 2025 09:21

    Dünya Bankı Azərbaycanda karbonsuzlaşdırmaya dəstək olmaq məqsədilə "Azeraluminium"da enerji auditi həyata keçirir

    4 Sentyabr 2025 12:43

    Suriya, İordaniya və Türkiyə arasında elektrik bağlantısı bərpa ediləcək

    25 İyun 2025 16:07

    Səudiyyə və Qətər Suriyanın 15,5 milyon dollarlıq borcunu ödəyib

    17 May 2025 15:25

    Dünya Bankı Suriyaya yardım proqramlarını bərpa edib

    16 May 2025 19:02

    Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəyib

    27 Aprel 2025 21:32

    İnflyasiya ilə mübarizəyə davam edirik - Şimşek

    23 Aprel 2025 09:54

    Dünya Bankından Azərbaycana bərpaolunan enerji dəstəyi

    28 Mart 2025 09:50

    Qəzzanın yenidən qurulması üçün 53,2 milyard dollar tələb olunur

    19 Fevral 2025 09:55
    Demo
    XƏBƏR LENTİ

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    İstanbul Sənaye Palatasında təmsil olunan iş adamları Azərbaycanın biznes imkanları ilə tanış olublar

    Ermənilərin Gəncəyə hücumu nəticəsində dağıdılmış evlərin bərpası üzrə növbəti işlərə başlanılır

    MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib

    Türkiyədən Çinə xalça ixracı 10 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Qəzzanın yenidən qurulmasında tam dəstəyə hazırdır - Ərdoğan

    Azərbaycan və Qazaxıstan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti və Rum Lideri BMT-nin iştirakı olmadan birbaşa görüşəcək

    “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi başa çatdı - daha 25 məscidə kitab dəstləri təqdim olundu

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.