Əsas səhifə » Türkiyədə İdman Ləvazimatlarının Alışı Üzrə Tender Elan Edilib

Türkiyədə İdman Ləvazimatlarının Alışı Üzrə Tender Elan Edilib

BAKI,AzerVoice

Ərzurum Gənclik və İdman İdarəsi ümumilikdə 211 növ idman avadanlıqlarının alınması üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 iyul 2025-ci il tarixinə qədər "Üniversite Mah. Lokman Hekim Sokak No:1/3 Yakutiye/Erzurum" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice