Əsas səhifə » May ayında Türkiyədən Misirə xalça ixracı 1,4 dəfə artıb (ÖZƏL)

May ayında Türkiyədən Misirə xalça ixracı 1,4 dəfə artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq, 813 min 43 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyon 35 min 10 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 1 milyard 124 milyon 755 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 234 milyon 133 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 2 milyard 795 milyon 207 min dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice