BAKI, AzerVoice
2025-ci ilin may ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 183 min 828 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək ,1 milyon 64 min 331 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 119 min 497 nəfər təşkil edib.
2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 9 min 919 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 min 870 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 2 min 49 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 1 faiz azalaraq, 8 min 298 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 6 min 940, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 1 min 358 olub.
2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.