Əsas səhifə » Antalya hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

Antalya hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 9 milyon 565 min 963 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 2 milyon 508 min 85 nəfər, beynəlxalq reyslər üzrə isə 0,6 faiz azalaraq 7 milyon 57 min 878 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 113 min 724 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq, 21 min 696 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 92 min 28 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 0,2 faiz azalaraq, 64 min 436 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 18 min 636, beynəlxalq reyslər üzrə isə 0,2 faiz azalaraq 45 min 800 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice