BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz azalaraq, 19 milyon 279 min 86 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azalaraq, 96 milyon 900 min 83 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.