Əsas səhifə » Muğla - Dalaman hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

Muğla - Dalaman hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 218 min 131 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 517 min 204 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 700 min 927 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 13 min 584 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 3 min 928 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 9 min 655 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 16 faiz artaraq, 13 min 659 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 22 faiz artaraq, 8 min 920, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 4 min 739 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice