Əsas səhifə » Türkiyədən İrana elektrik avadanlıqları ixracı 39 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən İrana elektrik avadanlıqları ixracı 39 milyon dolları keçib (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında İrana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalaraq, 11 milyon 16 min 10 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq, 39 milyon 480 min 55 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice