Əsas səhifə » Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025 -ci ilin aprelində Qazaxıstandan Türkiyəyə 38 min 911 turist səfər edib ki, bu da 2024-cü ilin apreli ilə müqayisədə 3,44 faiz azdır.

Bu barədə AzerVoice -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1 faiz təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında Qazaxıstandan Türkiyəyə 127 min 390 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,76 faiz azdır.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,20 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.

2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.

Digər Kateqoriyalar

2025 © Azervoice