BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 10 milyon 198 min 46 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 42 milyon 648 min 92 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 5 milyard 380 milyon 310 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1 milyard 382 milyon 382 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyard 900 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.