Əsas səhifə » Qaziantep hava limanında sərnişindaşıma 900 min nəfəri keçib (ÖZƏL)

Qaziantep hava limanında sərnişindaşıma 900 min nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin aprel ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 914 min 371 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 769 min 727 nəfər, beynəlxalq reyslər üzrə isə 53 faiz artaraq 144 min 644 nəfər təşkil edib.

2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 9 min 254 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 6 min 594 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 51 faiz artaraq, 2 min 660 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 15 faiz artaraq, 8 min 200 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 7 min 218, beynəlxalq reyslər üzrə də 57 faiz artaraq 982 olub.

2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice