BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 15 milyon 237 min 10 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 61 milyon 593 min 30 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 5 milyon 380 min 310 dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1 milyon 382 min 382 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyon 900 min 317 dollar məbləğində elektrik avadanlıqları ixrac edib