Əsas səhifə » İspaniya BMT ilə əməkdaşlıqda 500 milyon avro dəstək verəcək

İspaniya BMT ilə əməkdaşlıqda 500 milyon avro dəstək verəcək

BAKI, AzerVoice

İspaniya Qəzzada baş verənlərin araşdırılması üçün BMT-yə 500 milyon avro dəstək verəcək.

AzerVoice xəbər verir ki, İspaniya xarici işlər naziri Xose Manuel Albares, ölkəsinin Qəzzada insan haqları pozuntuları və müharibə cinayətlərinin araşdırılması sahəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına 500 milyon avro əlavə dəstək verəcəyini açıqlayıb.

Albares, 2025-2028-ci illər üçün yeni Xarici Fəaliyyət Planı çərçivəsində bu dəstəyi verdiklərini bildirib. O, İspaniyanın beynəlxalq müstəvidə İsrailə beynəlxalq hüquqa uyğun hərəkət etməsi və Fələstin xalqının ehtiyaclarını qarşılamaq üçün daha çox addım atması lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, bu dəstək Qəzzada törədilən müharibə cinayətləri və insan hüquqları pozuntularının araşdırılması üçün BMT-nin imkanlarını artırmağa yönələcək. İspaniya, BMT-nin bu sahədəki fəaliyyətini dəstəkləyərək bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etməyi məqsəd qoyur.

Digər Kateqoriyalar

2025 © Azervoice