Əsas səhifə » Frederix Merz kansler seçilə bilməyib

Frederix Merz kansler seçilə bilməyib

BAKI, AzerVoice

Almaniyada Xristian Demokrat İttifaqı (CDU) Partiyasının sədri və Federal Məclisin deputatı Frederix Merz, keçirilən ilk tur səsverməsində kifayət qədər dəstək ala bilmədiyi üçün kansler seçilə bilməyib.

AzerVoice xəbər verir ki, Federal Məclisin sədri Yuliya Klöknerin rəhbərliyi ilə keçirilən səsvermədə 621 deputatdan 310-u Mersin lehinə, 307-si əleyhinə səs verib, 3 deputat bitərəf qalıb, 1 səs isə etibarsız sayılıb.

Kansler seçilməsi üçün tələb olunan 316 səslik dəstəyi qazana bilməyən Mers-in ilk turda seçilmədiyi rəsmi olaraq açıqlanıb.

Nəticələrin elanından sonra Klökner iclasa fasilə verib.

Əgər Merz səs çoxluğu əldə edə bilməsə, parlamentin aşağı palatası olan Bundestaq mütləq əksəriyyəti təmin edə biləcək alternativ namizədi seçmək üçün 14 gün müddətində cəhd göstərəcək.

Əgər bu müddət ərzində də nəticə əldə olunmazsa, konstitusiyaya əsasən prezidentin iki seçimi olacaq: ya ən çox səs toplayan namizədi kansler təyin etmək, ya da Bundestaqı buraxaraq ölkədə yenidən ümumi seçki elan etmək.

Digər Kateqoriyalar

2025 © Azervoice