Əsas səhifə » Türkiyədən Azərbaycana xalça ixracı azalıb (ÖZƏL)

Türkiyədən Azərbaycana xalça ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,4 faiz azalaraq 207 min 66 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azalaraq,1 milyon 940 min 85 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 890 min 630 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 199 min 463 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 2 milyon 821 min 400 dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice