BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalaraq, 1 milyon 92 min 82 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 4 milyon 988 min 94 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq, 520 min 460 dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 102 min 962 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 1 milyon 514 min 439 dollar məbləğində dəri ixrac edib.