Əsas səhifə » Türkiyədə xəstəxanasının tikinti və təmir işləri üzrə tender elan olunub

Türkiyədə xəstəxanasının tikinti və təmir işləri üzrə tender elan olunub

BAKI,AzerVoice

Batman Təhsil və Araşdırma Xəstəxanasında müxtəlif təmir-tikinti işlərinin həyata keçirilməsi məqsədilə tender elan olunub.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 45 təqvim günü təşkil edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 15 may 2025-ci il tarixinə qədər "Gültepe Mah. Eflatun Cad. 1 72070 Batman Merkez/Batman" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice