50
Bakı, AzerVoice
2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 890 min 630 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 199 min 463 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 2 milyon 821 min 400 dollar məbləğində xalça ixrac edib.