Əsas səhifə » Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı azalıb (ÖZƏL)

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025 -ci ilin martında Qırğızıstandan Türkiyəyə 11 min 789 turist səfər edib ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 5,35 faiz azdır.

Bu barədə AzerVoice -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,50 faiz təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında Qırğızıstandan Türkiyəyə 35 min 487 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,69 faiz azdır.

2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,55 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin martında Türkiyəyə 2 milyon 346 min 403 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 13,14 faiz azdır.

2025 -ci ilin yanvar-mart aylarında 6 milyon 689 min 463 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Digər Kateqoriyalar

2025 © Azervoice