BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin mart ayında Rusiyaya dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 milyon 609 min 80 dollara çatdırıb.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Rusiyaya dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq, 3 milyon 386 min 81 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 399 min 748 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 140 min 992 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 3,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 1 milyon 517 min 145 dollar məbləğində dəri ixrac edib.