BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin mart ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 22 milyon 669 min 40 dollara çatdırıb.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq, 64 milyon 947 min 8 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb, 9 milyon 494 min 834 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 3 milyon 517 min 876 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 37 milyon 569 min 656 dollar məbləğində avtomobil ixrac edib.