Əsas səhifə » Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz arrtaraq 9 milyon 570 min 88 dollara çatdırıb.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq, 22 milyon 365 min 32 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice