Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Papa Fransiskin dəfnində Tramp və Zelenski ayrı-ayrı yerlərdə oturacaq

    25 Aprel 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Vatikan Papa Fransiskin dəfn mərasimində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ayrı-ayrı yerlərdə əyləşdiriləcək.

    AzerVoice xəbər verir ki, Papanın dəfn mərasimində iştirak edəcək 170-dən çox beynəlxalq nümayəndə heyətinin oturacaq yerlərini diqqətlə planlaşdırır.

    Vatikanın məlumatına görə, mərasim şənbə günü baş tutacaq və Papa Fransiskin vəsiyyətinə uyğun olaraq sadə şəkildə keçiriləcək. Lakin təşkilatçılar, mərasimin diplomatik qarşıdurmalara çevrilməməsi üçün xüsusi protokol qaydaları tətbiq edirlər.

    2005-ci ildə Papa II İohann Paulun dəfnində olduğu kimi, bu dəfə də nümayəndə heyətləri əlifba sırasına uyğun şəkildə oturacaq. Bu səbəblə, fransız əlifbasında "États-Unis" kimi keçən ABŞ prezidenti Tramp, Ukrayna lideri Zelenskidən uzaq, Afrika ölkələri Esvatini və Efiopiya arasında oturacaq.

    Zelenski mərasim çərçivəsində Tramp ilə görüşmək istədiyini bildirib. Əgər baş tutarsa, bu, Zelenskinin bu ilin əvvəlindəki Vaşinqton səfərindən sonra Trampla ilk üzbəüz görüşü olacaq. Hələlik bu görüş rəsmi olaraq təsdiqlənməyib.

    Mərasimdə Papa Fransiskin doğma ölkəsi Argentina və Vatikanın yerləşdiyi İtaliya nümayəndələri ön sırada əyləşəcək. Argentina prezidenti Xavyer Milei ilə Papanın gərgin münasibətlərinə baxmayaraq, prezident mərasimdə iştirak edəcək.

    İtaliya təqribən 70 nəfərlik nümayəndə heyəti ilə ən böyük nümayəndəlik olacaq. Heyətə prezident Sergio Mattarella, baş nazir Giorgia Meloni, Senat və parlamentin rəhbərləri, Konstitusiya Məhkəməsinin və Xarici İşlər Nazirliyinin rəhbərləri daxildir.

    Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Benyamin Netanyahu barəsində beynəlxalq həbsetmə qərarı olduğu üçün, onlar mərasimə dəvət olunmayıblar. Rusiyanı Mədəniyyət naziri Olqa Lyubimova, İsraili isə Vatikan səfiri Yaron Sideman təmsil edəcək.

    Vatikanın protokoluna görə, mərasimə qatılan kişilər tünd kostyum, uzun qara qalstuk və qara nişan, qadınlar isə qara əlcəkli geyim və inci boyunbağı taxmalıdır.

    #İsrail #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #İtaliya #Ukrayna #Zelenski #Volodimir Zelenski #Roma papası #Papa Fransisk #Vatikan #Vatikan rəsmi açıqlaması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.