Bakı, AzerVoice
2025-ci ilin mart ayında Türkiyədə İran kapitalı ilə 64 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 73 milyon 60 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 151 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 69 milyon 810 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə İran kapitalı ilə 27 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.