Bakı. AzerVoice:
Müdafiə sənayemizdəki təcrübəmizi və inkişafı sivil sahədə də həyata keçirə bilmək üçün ciddi çalışmağa davam edəcəyik.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Naziri Haluk Görgün öz X sosial media hesabında etdiyi paylaşımda məlumat verib.
O, Türksat 6A ilə Türkiyənin çox dəyərli bir dövrə girəcəyini ifadə edərək, "Müdafiə sənayemizdəki təcrübəmizi və inkişafımızı sivil sahədə də həyata keçirə bilmək üçün ciddi çalışmağa davam edəcəyik" deyib.
Türkiyənin kosmosdaki gələcəyində də müdafiə sənayesinin imzası olduğunu qeyd edən nazir, Türkiyənin müdafiə sənayesində mühəndislik gücünün, texnologiyasının və əzminin ulduzu olan ilk milli rabitə peyki Türksat 6A-nı orbitə göndərdiklərini bildirib.
O həmçinin öz paylaşımında Türksat 6A-ın ərsəyə gəlməsində Türkiyənin yerli qurumları olan TÜBİTAK, ASELSAN, TUSAŞ və CTECH-in adlarını çəkərək hər birinin gördüyü işi ayrıca qeyd edib.
