14
BAKI, AzerVoice
Ötən ilin yekunlarına əsasən, dünyada adambaşına düşən ən yüksək dövlət borcu Sinqapur və ABŞ-da qeydə alınıb.
AzerVoice-un məlumatına görə, ötən il 132 ölkədə dövlət borcunun adambaşına düşən həcmi artıb, yalnız 48 ölkədə isə azalma müşahidə olunub. Dünya üzrə orta göstərici 11,4 min dollar təşkil edib.
Siyahının ilk pilləsində Sinqapur qərarlaşıb. Burada hər bir sakinə düşən dövlət borcu 158 min dollar olub. İkinci yerdə ABŞ gəlir – 103,7 min dollar. Üçüncü pillədə isə Yaponiya qərarlaşıb – 76,9 min dollar.