Əsas səhifə » Türkiyənin polad məhsulları ixracı 6 milyard dolları ötüb (ÖZƏL)

Türkiyənin polad məhsulları ixracı 6 milyard dolları ötüb (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice