Əsas səhifə » Türkiyənin kimyəvi maddə ixracı 13 milyard dolları ötüb (ÖZƏL)

Türkiyənin kimyəvi maddə ixracı 13 milyard dolları ötüb (ÖZƏL)

Bakı. AzerVoice:

Türkiyə 2024-cü ilin yanvar-may aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıraraq 13,6 milyard dolları ötüb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin may ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 24,3 faiz artaraq, 3 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice