Əsas səhifə » Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ile Türküstan vilayətinin akimi Nuralxan Kuşerov arasında görüş keçirilib

Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ile Türküstan vilayətinin akimi Nuralxan Kuşerov arasında görüş keçirilib

BAKI, AzerVoice

15 may 2025-ci il Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulovanın Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Türküstan vilayətinin akimi Nuralxan Kuşerov ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər Türk dünyasının mənəvi və maddi irsinin qorunması və təbliği məsələlərini, həmçinin Fond ilə Türküstan vilayəti arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə elmi tədqiqatların dəstəklənməsinə, region ərazisində birgə layihələrin həyata keçirilməsinə, o cümlədən tarixi abidələrin bərpası və türk mədəni obyektlərin UNESCO-nun beynəlxalq siyahılarına salınmasına yönəlmiş təşəbbüslərə diqqət yetirilib.

Aktotı Raimkulova Fondun mədəni təşəbbüslərinə göstərilən dəstəyə görə vilayət rəhbərliyinə təşəkkürünü bildirib və Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, vilayətin akimi Fond ilə fəal əməkdaşlığa hazır olduqlarını qeyd edib və türk xalqlarının birliyinin və davamlılığının möhkəmləndirilməsi məqsədilə mədəni səylərin inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Görüş, qarşılıqlı anlaşma və Türk dünyasının zəngin irsinin qorunması və təbliği sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş ruhda başa çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice