UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş
katibi türkiyəli həmkarını ziyarət edib.
AzerVoice xəbər verir ki, UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur
Fətəliyev, Azərbaycanın Ankaradakı Səfirliyinin birinci katibi
İslam Quliyev və UNESCO Azərbaycan Komissiyasının ikinci katibi
Mustafa Şabanov mayın 8-də UNESCO Türkiyə Cümhuriyyəti
Komissiyasının sədri Öcal Oğuzu ziyarət edib.
UNESCO Türkiyə
Cümhuriyyəti Milli Komissiyasının baş katibinin köməkçisi Özge
Züleyha Ömeroğlu, sektor mütəxəssisi Cansu Türk və professor Bilge
Tüzel Erginin də qatıldığı ziyarətdə UNESCO ildönümü proqramları,
Dünya Yaddaşı Proqramı, mədəni və qeyri-mədəni irslə bağlı mümkün
əməkdaşlıq müzakirə edilib.