Əsas səhifə » Elman Abdullayev İçərişəhərin 25 illiyi ilə bağlı UNESCO-da: Bu əlamətdar hadisədir

Elman Abdullayev İçərişəhərin 25 illiyi ilə bağlı UNESCO-da: Bu əlamətdar hadisədir

Bakı. AzerVoice

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan tədbir əlamətdar hadisədir.

AzerVoice xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Trend-ə Parisdə təşkilatın 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, İçərişəhərin 25 illiyi Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində qeyd olunur. Panel müzakirəsində çox maraqlı iştirakçılar çıxış ediblər. Zəngin və məlumatlı panel müzakirəsi baş tutub. Tədbir beynəlxalq ictimaiyyətin, diplomatik korpusun və bir çox daimi nümayəndəliklərin iştirakı ilə keçirilib. Əslində, bu tədbirin əhəmiyyəti ondadır ki, İçərişəhər qoruğunun özü unikal sistemdir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb", - deyə o bildirib.

E.Abdullayevin sözlərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təkcə mədəni irsin qorunması, müdafiəsi və təbliği ilə məşğul olmur, həm də mühüm kommunikasiya sistemi yaradır.

"Burada müxtəlif festivallar keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti ilə bağlı bütün məlumatlar qonaqlara təqdim edilib. Panel müzakirəsinin iştirakçıları arasında UNESCO Baş Konfransının prezidenti və Ümumdünya İrs Mərkəzinin sədri də olub", - deyə o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice