Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Mədinə ÜST-dən “Sağlam Şəhər” statusunu yenidən aldı

    1 Avqust 2025 10:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice — Səudiyyə Ərəbistanının Mədinə şəhəri, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən növbəti dəfə sağlam şəhər kimi akkreditasiyadan keçib. AzerVoice xəbər verir ki, İslamın ikinci müqəddəs şəhəri olan Mədinə bu statusu 80 bal toplayaraq qazanıb.

    Mədinə əyalətinin valisi Şahzadə Salman bin Sultan, ÜST tərəfindən verilmiş akkreditasiya sertifikatını səhiyyə naziri Fəhd əl-Cəlacəldən qəbul edib. Təqdimat mərasimi cümə axşamı günü keçirilib.

    Şahzadə Salman bildirib ki, bu nailiyyət ölkə rəhbərliyinin şəhərlərdə insanların həyat keyfiyyətini artırmaq istiqamətindəki səylərinin bariz nümunəsidir. O vurğulayıb ki, Mədinə regionu həm regional, həm də beynəlxalq səviyyədə aparıcı inkişaf modeli olaraq transformasiya prosesini davam etdirir və bu, Səudiyyə Ərəbistanının 2030 Vizyonu ilə uyğunluq təşkil edir.

    Mədinə hal-hazırda Orta Şərqdə Ciddədən sonra ikinci ən böyük sağlam şəhər kimi mövqeyini möhkəmləndirib.

    ÜST tərəfindən belə statusun verilməsi üçün 80-dən çox meyar nəzərə alınır. Bunlara parkların mövcudluğu, gəzinti zonaları, ilkin səhiyyə mərkəzləri və məktəblər vasitəsilə sağlamlığın təşviqi daxildir.

    Qeyd edək ki, ÜST bu günədək Səudiyyə Ərəbistanında daha 14 şəhərə sağlam şəhər statusu verib. Bu şəhərlərə Taif, Tabuk, Əd-Diriyə, Unayzə, Cəlacəl, Əl-Məndəq, Əl-Cumum, Riyad əl-Xubra və Şarura daxildir.

    #ÜST #Məkkə və Mədinə #Ciddə #Əmmar ibn Yasir Mədinəyə nə vaxt hicrət etdi? #Ciddə dəniz limanı #Mədinə dövrü surələri #Mədinə #Sağlam Şəhər statusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    27 Noyabr 2025 11:42

    Səudiyyədə yeni logistika kompleksi açılıb

    17 Noyabr 2025 17:11

    Marburq virusu Efiopiyada epidemiya səviyyəsinə çatıb

    17 Noyabr 2025 16:15

    Səudiyyə Ərəbistanına məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb oldu

    7 Noyabr 2025 09:47

    İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır

    5 Noyabr 2025 15:59

    İki müqəddəs məscidi 54,5 milyon ziyarətçi və ümrə ziyarətçisi ziyarət edib

    28 Oktyabr 2025 06:25

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55

    Dünya üzrə milyonlarla insan diabetdən xəbərsizdir

    14 Sentyabr 2025 14:58

    ÜST rəhbəri İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb

    5 Sentyabr 2025 20:01

    Bəyyinə Surəsi nədən bəhs edir?

    25 Avqust 2025 16:14

    Fidan İƏT toplantısında Cibuti ilə əlaqələri müzakirə edib

    25 Avqust 2025 15:43

    Fələstin xalqının bizim birgə müdaxiləmizə ehtiyacı var - Fidan

    25 Avqust 2025 13:29
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    Muzey Mərkəzində təsviri sənət üzrə Milli motivlər adlı ustad dərsi keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    İran İraqa təbii qaz tədarükünü tam dayandırıb

    Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

    Türkiyənin Fələstinə dəstəyini heç nə dayandıra bilməz - Duran

    Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb

    Prezidenti İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib

    Türkiyə şirkətləri Qarabağa xüsusi maraq göstərir – tikinti, turizm və kənd təsərrüfatı sürətlə genişlənir - TÜİB sədri (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.