BAKI,AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
AzerVoice xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7817 şəxsin məşğulluğu təmin edilib.
Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.
Habelə 352 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilir.
Azad edilmiş ərazilərdə məşğulluq tədbirləri genişləndirilir
Böyük Qayıdış proqramı, azad edilmiş ərazilər, işğaldan azad olunan ərazilərdə məşğulluq, Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, köçürülmüş sakinlərin məşğulluğu, özünüməşğulluq proqramı Azərbaycan, ailə təsərrüfatlarının yaradılması, peşə hazırlığı kursları, sosial məşğulluq tədbirləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafı, reinteqrasiya prosesi, işlə təminat proqramları, sosial müdafiə siyasəti, dövlət məşğulluq layihələri.
