Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Hüquq Bələdçisi – Vəkillərin Mediasiya Prosesində Rolu və Əhəmiyyəti

    22 Sentyabr 2025 12:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Hüquq hər bir cəmiyyətin dayağı, ədalətin və insan haqlarının qorunmasının əsas vasitəsidir. Bu rubrikada oxucular aktual qanun dəyişiklikləri, hüquqi yeniliklər və məhkəmə təcrübəsi barədə operativ məlumat əldə edəcəklər. Həmçinin, gündəlik həyatda qarşılaşa biləcəyiniz hüquqi məsələlərə dair praktiki məsləhətlər təqdim olunacaq. Rubrikanın məqsədi hüququ sadə və anlaşılan dildə izah edərək, hər kəsin öz haqqını daha yaxşı tanımasına şərait yaratmaqdır. Hüquq biliklərinin artırılması həm vətəndaşların hüquqlarını müdafiə etməsinə, həm də cəmiyyətdə hüquqi mədəniyyətin güclənməsinə xidmət edəcək.

    AzerVoice-nin təqdim etdiyi yeni Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru hüquqşünas mediator Hümmət Əliyev hüquq sahəsində bir çox suallara cavab verib.

    TurkicWorld və AzerVoice saytına istinadən oxucularına Hümmət Əliyevin suallara cavablarını təqdim edir.

    1. Vəkil mediasiya prosesində iştirak edə bilərmi?

    Bəli, tərəflər istədikləri halda mediasiyaya vəkil dəvət edə bilərlər. Bu, beynəlxalq təcrübədə də geniş yayılıb. Vəkilin iştirakı hüquqi məsələlərin doğru həllinə, tərəfin hüquqlarının qorunmasına və razılaşmanın qanuniliyinin təmin olunmasına kömək edir. Vəkil prosesdə hüquqi riskləri azaldır, razılaşma layihəsini yoxlayır və tərəflərə daha çox güvən verir.

    2. Vəkilin rolu mediasiyada necə dəyişir?

    Məhkəmədə vəkilin əsas məqsədi müştərisini qorumaq və rəqib tərəfi zəiflətməkdir. Mediasiyada isə məqsəd ortaq razılıq əldə etməkdir. Buna görə vəkil daha çox hüquqi məsləhətçi rolundadır:

    • Müştərinin emosional arqumentlərini hüquqi dildə ifadə edir,
    • Razılaşmanın hüquqi nəticələrini izah edir,
    • Gələcək riskləri göstərir və qarşısını almaq üçün məsləhətlər verir.

    Vəkil mediasiyada müştərisini “mübarizə aparmağa” yox, “səmərəli razılaşmaya” yönləndirir.

    3. Mediasiya və vəkil tutmaq arasında seçim hansı halda edilməlidir?

    • Mediasiya və vəkil tutmaq bir-birinə alternativ deyil, tamamlayıcıdır:
    • Tərəflər barışmaq istəyirsə, mediasiya daha uyğundur və vəkil prosesdə hüquqi dəstək verir.
    • Əgər mübahisə ciddi hüquqi xarakter daşıyırsa, məsələn, cinayət və ya mülkiyyət hüququ pozuntuları, məhkəmə və vəkil müdafiəsi vacibdir.

    Doğru yanaşma belədir: “Əvvəl mediasiya, alınmazsa məhkəmə.”

    4. Vəkillər mediasiyanı niyə bəzən qəbul etmirlər?

    • Stereotiplər: Bəzi vəkillər mediasiyanın müştərinin hüquqlarını zəiflədəcəyini düşünürlər.
    • Qazanmaq mədəniyyəti: Uzun illər “qalib-məğlub” sistemi dominantdır, barışıq isə “yarımçıq qələbə” hesab edilir.
    • Maliyyə maraqları: Uzunmüddətli məhkəmə prosesləri vəkillər üçün daha gəlirli olur.

    Lakin təcrübə göstərir ki, vəkillər mediasiyanın faydalarını gördükcə ona daha çox dəstək verirlər.

    5. Mediatordan fərqli olaraq, vəkilin funksiyası nədir?

    • Mediator: Neytral şəxsdir, tərəflər arasında dialoqu və razılaşmanı asanlaşdırır, heç bir tərəfi müdafiə etmir.
    • Vəkil: Öz müştərisini qoruyur, hüquqi arqumentlər gətirir, razılaşmanın qanuni təhlükəsizliyini təmin edir və lazım gəlsə məhkəmədə müdafiə edir.

    Mediator “danışıqların katalizatoru”, vəkil isə “qoruyucu və təhlükəsizlik zəmanətidir”. Hər ikisi birlikdə optimal nəticə üçün vacibdir.

    Nəticə:

    Mediasiya və vəkillik bir-birinə rəqib deyil, tərəfdaşdır. Vəkilin mediasiyada iştirakı prosesin hüquqi əsasını möhkəmləndirir, müştərinin güvənini artırır, vaxt və maliyyə itkilərini azaldır və razılaşmanın dayanıqlığını təmin edir.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
    "İlqaroğlu" Business Center, II mərtəbə.
    Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
    E/ünvan: [email protected]

    Şabran ofisi:
    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
    Tel.mob: (+994) 77 588.77.44

    #İnsan Hüquqları Şurası #Hümmət Əliyev #Mediasiya Təşkilatı #Hüquq və azadlıqlar #Beynəlxalq hüquq normaları #Beynəlxalq hüquq #Quba 1 saylı Mediasiya Təşkilatı #Quba Mediasiya #mediasiya nədir #mediasiyanın hüquqi qüvvəsi #Hüquq Bələdçisi #Vəkillərin Mediasiya Prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hüquq Bələdçisi - Dövlət Sektoru və Mediasiya

    18 Noyabr 2025 11:23

    Korporativ və əmək münasibətlərində mediasiya

    11 Noyabr 2025 13:31

    Azərbaycan mediasiya sistemi beynəlxalq standartlara əsaslanaraq sürətlə inkişaf edir

    3 Noyabr 2025 11:30

    Qubada Zəfər Gününə həsr olunan regional mediasiya tədbiri keçirilib

    1 Noyabr 2025 11:42

    Mediasiya – cəmiyyətdə dialoq və barışın mədəni formasıdır

    27 Oktyabr 2025 10:42

    Hüquq Bələdçisi - Mediasiyanın gələcəyi və ictimai baxış

    20 Oktyabr 2025 12:00

    Hüquq Bələdçisi - Beynəlxalq kommersiya mediasiyası – sərhədləri aşan sülh yolu

    13 Oktyabr 2025 20:01

    Hüquq Bələdçisi - Ailə Münasibətlərində Mediasiyanın Rolu və Əhəmiyyəti

    6 Oktyabr 2025 12:00

    Hüquq Bələdçisi - Müasir hüquqi çəkişmələrdə mediasiyanın rolu və hüquqi əhəmiyyəti

    29 Sentyabr 2025 09:05

    Hüquq Bələdçisi - Mediasiya dünyanın hansı ölkələrində daha geniş tətbiq olunur?

    16 Sentyabr 2025 12:09

    Xarici vətəndaşlar üçün mediasiya: imkanlar və üstünlüklər

    12 Sentyabr 2025 18:48

    Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

    31 Avqust 2025 12:01
    Demo
    XƏBƏR LENTİ

    Hücumlar səbəbilə uranyum zənginləşdirmə tamamilə dayandırılıb- İran

    İstanbulda Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

    Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

    Müharibənin sona çatdırılması üçün Türkiyədə görüşlər keçiriləcək - Zelenskiy

    KAAN layihəsi plan üzrə davam edir - Yaşar Gülər

    Türkiyə və Qazaxıstan Müdafiə Nazirləri Ankarada görüşüb

    Ronaldo Dünya Kuboku öncəsi Ağ Evdə Tramp ilə görüşəcək

    Fatih Erbakan: Milli Görüş xəttinin yeni mərhələsi

    Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib

    Səudiyyə Ərəbistanı F-35 klubuna qoşuldu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.