Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Hüquq Bələdçisi - Müasir hüquqi çəkişmələrdə mediasiyanın rolu və hüquqi əhəmiyyəti

    29 Sentyabr 2025 09:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Hüquq hər bir cəmiyyətin dayağı, ədalətin və insan haqlarının qorunmasının əsas vasitəsidir. Bu rubrikada oxucular aktual qanun dəyişiklikləri, hüquqi yeniliklər və məhkəmə təcrübəsi barədə operativ məlumat əldə edəcəklər. Həmçinin, gündəlik həyatda qarşılaşa biləcəyiniz hüquqi məsələlərə dair praktiki məsləhətlər təqdim olunacaq. Rubrikanın məqsədi hüququ sadə və anlaşılan dildə izah edərək, hər kəsin öz haqqını daha yaxşı tanımasına şərait yaratmaqdır. Hüquq biliklərinin artırılması həm vətəndaşların hüquqlarını müdafiə etməsinə, həm də cəmiyyətdə hüquqi mədəniyyətin güclənməsinə xidmət edəcək.

    AzerVoice-nin təqdim etdiyi yeni Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru hüquqşünas mediator Hümmət Əliyev hüquq sahəsində bir çox suallara cavab verib.

    TurkicWorld və AzerVoice saytına istinadən oxucularına Hümmət Əliyevin suallara cavablarını təqdim edir.

    1. Məhkəmə mediasiyanı məcburi edə bilərmi?

    Hümmət Əliyevin sözlərinə görə, mediasiyanın təməlində könüllülük prinsipi dayanır. Heç bir tərəf bu prosesə məcbur edilə bilməz. Lakin müəyyən hallarda – xüsusilə ailə, əmək və kommersiya mübahisələri üzrə – məhkəmə tərəflərə mediasiyanı tövsiyə edə, onları bu yola yönləndirə bilər. Bu isə məcburiyyət deyil, hüquqi alternativin təşviqidir.

    2. Mediasiyadan sonra məhkəməyə müraciət etmək mümkündürmü?

    Bəli. Əgər tərəflər mediasiyada tam razılığa gələ bilməzsə və ya yalnız mübahisənin bir hissəsi üzrə anlaşma əldə olunarsa, qalan hissə üzrə məhkəməyə müraciət hüquqları qüvvədə qalır. Bu baxımdan mediasiya məhkəmə prosesini əvəz edən deyil, tamamlayan bir vasitədir. Üstəlik, mübahisənin daha qısa və az xərcli həllinə imkan yaradır.

    3. Mediasiya razılaşmasının hüquqi qüvvəsi varmı?

    Bəli, mediatorun iştirakı ilə əldə edilən razılaşma tərəflərin imzası ilə hüquqi sənəd hesab olunur. Əgər bu razılaşma məhkəməyə təqdim edilərək təsdiqlənərsə, icra sənədi statusu alır. Bu isə o deməkdir ki, razılaşma dövlət tərəfindən məhkəmə qərarı kimi icra oluna bilər.

    4. Hakimlər hansı hallarda mediasiyaya yönləndirir?

    Hakimlər bu qərarı mübahisənin xarakterini nəzərə alaraq verirlər. Ailə münasibətləri, miras bölgüsü, əmək və kommersiya sahəsindəki anlaşmazlıqlar mediasiya üçün ideal sahələr hesab olunur. Bu hallarda barışıq yolu ilə razılaşma, məhkəmə qərarından daha effektiv və uzunmüddətli nəticə verir.

    5. Mediasiya: Vaxt və vəsaitə qənaət

    Məhkəmə prosesləri illərlə uzana bilər, halbuki mediasiya bir neçə görüşlə nəticələnə bilər. Xərclərə gəldikdə, mediasiya rüsum və əlavə xərclər baxımından daha sərfəlidir. Ən önəmlisi isə, tərəflər vaxtla yanaşı münasibətlərini də qorumuş olurlar, əlavə gərginliklərdən uzaq qalırlar.

    Nəticə

    Mediasiya – yalnız alternativ həll yolu deyil, eyni zamanda etibarlı, hüquqi qüvvəyə malik bir institutdur. O, həm vətəndaşların daha çevik və yumşaq həll yollarına çıxışını təmin edir, həm də məhkəmə sisteminin yükünü azaldır. Hüquqşünas-mediator Hümmət Əliyevin də vurğuladığı kimi, mediasiya və məhkəmə bir-birinə rəqib yox, tamamlayıcı tərəfdaşlardır.

    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
    "İlqaroğlu" Business Center, II mərtəbə.
    Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
    E/ünvan: [email protected]

    Şabran ofisi:
    Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
    Tel.mob: (+994) 77 588.77.44

    #Hümmət Əliyev #Mediasiya Şurası #Quba 1 saylı Mediasiya Təşkilatı #MediasiyaŞurasıə #mediasiya nədir #mediasiya prosesi #mediasiyanın hüquqi qüvvəsi #Vəkillərin Mediasiya Prosesi #Mediasiya və məhkəmə prosesi arasındakı fərqlər #Məhkəməyə getmədən məsələni həll et #Tərəflər arası barışıq yolu #Sürətli və səmərəli hüquqi həll #Mediasiyada qarşılıqlı razılıq #Ədliyyə sistemində mediasiya rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hüquq Bələdçisi - Dövlət Sektoru və Mediasiya

    18 Noyabr 2025 11:23

    Korporativ və əmək münasibətlərində mediasiya

    11 Noyabr 2025 13:31

    Azərbaycan mediasiya sistemi beynəlxalq standartlara əsaslanaraq sürətlə inkişaf edir

    3 Noyabr 2025 11:30

    Qubada Zəfər Gününə həsr olunan regional mediasiya tədbiri keçirilib

    1 Noyabr 2025 11:42

    Mediasiya – cəmiyyətdə dialoq və barışın mədəni formasıdır

    27 Oktyabr 2025 10:42

    Hüquq Bələdçisi - Mediasiyanın gələcəyi və ictimai baxış

    20 Oktyabr 2025 12:00

    Hüquq Bələdçisi - Beynəlxalq kommersiya mediasiyası – sərhədləri aşan sülh yolu

    13 Oktyabr 2025 20:01

    Hüquq Bələdçisi - Ailə Münasibətlərində Mediasiyanın Rolu və Əhəmiyyəti

    6 Oktyabr 2025 12:00

    Hüquq Bələdçisi – Vəkillərin Mediasiya Prosesində Rolu və Əhəmiyyəti

    22 Sentyabr 2025 12:02

    Hüquq Bələdçisi - Mediasiya dünyanın hansı ölkələrində daha geniş tətbiq olunur?

    16 Sentyabr 2025 12:09

    Xarici vətəndaşlar üçün mediasiya: imkanlar və üstünlüklər

    12 Sentyabr 2025 18:48

    Quba ASAN Xidmət Mərkəzində “Gələcəyin Dialoqu” adlı maarifləndirici tədbir keçirilib

    27 Avqust 2025 22:39
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Hücumlar səbəbilə uranyum zənginləşdirmə tamamilə dayandırılıb- İran

    İstanbulda Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

    Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

    Müharibənin sona çatdırılması üçün Türkiyədə görüşlər keçiriləcək - Zelenskiy

    KAAN layihəsi plan üzrə davam edir - Yaşar Gülər

    Türkiyə və Qazaxıstan Müdafiə Nazirləri Ankarada görüşüb

    Ronaldo Dünya Kuboku öncəsi Ağ Evdə Tramp ilə görüşəcək

    Fatih Erbakan: Milli Görüş xəttinin yeni mərhələsi

    Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.