Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Yaxın Şərqin çokmüş demokratiyası

    20 İyun 2024 17:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,VOA

    İsrail uzun illərdir ki, Qərb mətbuatında və akademik araşdırmalarda “Yaxın Şərqdə yeganə demokratiya” kimi qələmə verilir. Bununla belə, yəhudi dövləti totalitar rejimin xüsusiyyətlərini  daşıyır. Bu rejimin mərkəzində Benyamin Netanyahu və ya onun tərəfdarlarının dediyi kimi “İsrail Kralı”adlandırılın, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir durur.

    Bu iki  şəxsin ətrafını 50 ildir elə ekstremistlər əhatə edib ki, onlar yəhudilərə irqi üstünlük qazandıran qanunların, sosial media hesablarında Qəzzadakı müharibəni pisləyən bəzi yəhudi vətəndaşlara qarşı təzyiqlərin və xarici media orqanlarının bağlanması üçün yeni qanunların qəbulunu dəstəkləyirlər.

    Netanyahunun İsrailində ağıllı bir diktatura sistemi hökm sürür. “Sehrbaz” kimi də tanınan və İsrailin ən uzun ömür sürən baş naziri olan Netanyahu nümayişlərə icazə vermək, azad seçkilərdə iştirak etmək, parlamentdə müxalifət liderləri ilə razılaşmamaq və məhkəməyə tabe olmaq kimi demokratik idarəçiliyin bəzi üsullarından istifadə edir.

    Maraqlısı isə budur ki , bütün bunlardan şəxsi maraqları üçün və avtoritarizmin alt axınından idarəetmə qurmaq üçün istifadə edir.

    Beləliklə, İsrailin idarəetmə sistemi həm demokratiyanı, həm də diktaturanı birləşdirən hibrid sistemə çevrilib. Bununla belə, xüsusilə 1967-ci ildən bəri davam edən qeyri-qanuni hərbi işğal səbəbindən diktaturanın xüsusiyyətləri daha çox üstünlük təşkil edir.

    Biz İsraildən başqa, ordusu başqa xalqa qarşı soyqırım törədərkən göz yuman demokratik siyasi sistemə rast gəlmirik. Demokratik sistemlərdə insan hüquqlarının pozulması və müharibə cinayətlərinin ortaya çıxması qaçınılmaz olduğundan, ictimaiyyətin böyük əksəriyyəti dərhal müharibənin başlamasının əleyhinədir. Çünki bu insanlar meşə qanunları ilə deyil, insani dəyərlərlə idarə olunurlar.

    İsraildə isə Baş nazirin ritorikasını şübhə altına alan hər kəs “satqın və sui-qəsdçi” damğasına layiqdir.

    İsraillilərin əksəriyyətinin fikrincə, Qəzzada qurban yoxdur, ordu özünümüdafiə müharibəsi aparır. Onlar hər gün uşaqların öldürülməsi və yaralanmasının dəhşətli səhnələrini görmürlər.

    İsrailin "azad mətbuatı" Qəzzadakı müharibə cinayətlərinə və orada baş verənlərlə bağlı beynəlxalq və Fələstin hekayələrinə məhəl qoymur və onları sadəcə iqnor edir. Onlar üçün elə bil oktyabrın 7-dən heç nə olmayıb. Bir neçə gün əvvəl Qəzzanın mərkəzindəki Nuseyrat Qaçqınlar Düşərgəsində HƏMAS və digər Fələstinli silahlı qruplar tərəfindən qaçırılan 4 girovu xilas etmək üçün həyata keçirilən əməliyyatda yüzlərlə fələstinli həlak olub, çoxlu sayda fələstinli yaralanıb. “Demokratik” dövlətin mətbuatı əməliyyatı günlərlə “qəhrəmancasına cərrahi əməliyyat” kimi qələmə verdi. O, əsgərlərinin şücaətini tərifləsə də, fələstinli mülki itkilər barədə bir kəlmə də danışmadı.

    Bu gün kütləvi qətllərin, etnik təmizləmələrin və qırğınların baş verməsində İsrail hakimiyyətindəki rejimin xarakteri də mühüm faktordur. Bu gün İsraili açıq şəkildə fələstinlilərin öldürülməsinə, yəhudilərin vahid dövlətinə və Qəzzanın nüvə məhvinə çağıran ekstremistlər idarə edir. Netanyahunun siyasi diskursunda istifadə olunan sözləri təhlil etdiyimiz zaman bunun yəhudiliyi siyasiləşdirən və dini ekstremist sionizmə müraciət edən populist bir diskurs olduğunu görürük.

    İsrailə girməzdən əvvəl jurnalistin etməli olduğu ilk şey “hərbi senzura”nın qoyduğu şərtləri qəbul etməkdir. Müvəqqəti mətbuat kartı almaq üçün anket dolduran jurnalist “potensial mübahisəli” mövzularda məqalələri dərc edilməzdən əvvəl İsrail hakimiyyətinə göndərməyi öhdəsinə götürməlidir. Xəbərdarlıq edilir ki, bu edilməsə, jurnalist İsraildə jurnalist işləmək hüququnu itirə və yenidən ölkəyə girişi qadağan oluna bilər. Praktikada belə bir şey baş verməsə də, forumda bu bəndin olması xarici jurnalistlərə hədə-qorxu mesajı verir və onları bir növ özünüsenzura tətbiq etməyə məcbur edir.

    Demokratiya dörd sütun üzərində qurulub: azad seçkilər, ifadə və mətbuat azadlığı, nümayiş azadlığı və qanunun aliliyi. Dördüncü sütun baxımından İsraildə qanunların dövlətin vətəndaşları arasında ayrı-seçkilik etdiyini, irqi və məzhəb ayrı-seçkiliyini əhatə etdiyini görürük. Netanyahunun rəhbərlik etdiyi əvvəlki hökumət dövründə İsrail 2018-ci ildə Yəhudi Millət Dövləti Qanununu qəbul etdi və bu qanunda yəhudilərin kollektiv hüquqlarının statusunu ərəblərə vətəndaşlıq əsasında verilən fərdi siyasi hüquqlardan üstün tutdu. Beləliklə, İsrail 1948-ci ildə yarandığı gündən bəri irəli sürdüyü liberal demokratik məqsədlərindən uzaqlaşdı.

    “Məhkəmə islahatları”, daha doğrusu, İsrail Ali Məhkəməsinin səlahiyyətlərinin azaldılmasını və məhkəmə sisteminin yenidən qurulmasını nəzərdə tutan hərtərəfli dəyişiklikləri qəbul etməyə çalışan Netanyahunun ictimai emosiyaları siyasi məqsədlər üçün manipulyasiya etmək məqsədi daşıyan populist ritorikası qanunun aliliyi prinsipinə ziddir.

    Bu, “millət lideri”nə tam və mütləq dəstək tələb edən “milli namus” diskursudur və liderin bəyanatlarını şübhə altına alan hər kəs “xain və sui-qəsdçi” damğasına layiqdir.

    Azad seçkilərə gəldikdə demokratiyanı açıq-aşkar sarsıtmasına baxmayaraq, bir şəxsin və ya partiyanın seçki qutusu vasitəsilə dəfələrlə seçilə bilməsi İsrailin siyasi sirrlərindən biri hesab olunur.

    Netanyahu ilk dəfə baş nazir olduğu 1996-cı ildən bəri müxtəlif seçkilərdə bir çox hökumətlərə rəhbərlik etməyi bacarıb. O, siyasi karyerası boyu “böyük siyasi fırtına” yaratmağı bacarıb.

    Netanyahu korrupsiya qalmaqalları, ultra irqçi partiyalarla ittifaq, işğal altındakı İordan çayının qərb sahilindəki dini partiyalara və yaşayış məntəqələrinə imtiyazların verilməsi və vergilərdən azad olunması, Qəzza müharibəsinin uzadılması və bir çox israillinin istefaya məcbur edilməsi kimi müxtəlif skandallara imza atıb.

    Nəhayət, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru məhkəmədən Netanyahu və müdafiə naziri Yoav Gallantın Qəzzada müharibə cinayətləri və soyqırım törətməkdə ittiham olunaraq həbsinə order verilməsini istəyib.

    Netanyahu özünü xalqının fədaisi kimi təqdim edir. O, tərəfdarlarını öz millətini və şərəfini təmsil edən “təqib olunan” liderlərinə kor-koranə və tənqidsiz sədaqət göstərməyə çağırır. Əgər İsrail olduğu kimi “Yaxın Şərqdə yeganə demokratiyadır”sa, o, şübhəsiz ki, təqlid ediləcək bir model deyil.

    *Bu məqalə Londonda yerləşən “Əl Məcəlla” jurnalından “AzerVoice” tərəfindən tərcümə edilib.

    Yaxın Şərqin çokmüş demokratiyası
    #HƏMAS #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    15 Yanvar 2026 16:45

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    14 Yanvar 2026 19:57

    HƏMAS Siyasi Şura rəhbərinin seçilməsini qeyri-müəyyən müddətə təxirə salıb

    12 Yanvar 2026 13:59

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    İtaliyada HƏMAS üçün milyonlarla avro toplayan 7 nəfər həbs edilib

    27 Dekabr 2025 16:59
    XƏBƏR LENTİ

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.