Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    HƏMAS Siyasi Şura rəhbərinin seçilməsini qeyri-müəyyən müddətə təxirə salıb

    12 Yanvar 2026 13:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    HƏMAS hərəkatının rəhbərliyi yanvar ayının ilk on günlüyündə keçirilməsi planlaşdırılan Siyasi Şura rəhbəri seçkilərini təxirə salmaq barədə qərar qəbul edib.

    AzerVoice xəbər verir ki, "Asharq Al-Awsat" qəzetinə danışan hərəkat daxilindəki yüksək rütbəli mənbələr səsvermənin "növbəti bildirişə qədər" təxirə salındığını bildiriblər. Yeni tarix hələ müəyyən edilməsə də, seçkilərin hər an keçirilə biləcəyi qeyd olunub.

    Mənbələrdən biri təxirə salınma səbəbini regiondakı təhlükəsizlik və siyasi şərait, eləcə də hərəkatın hazırda ABŞ və regional vasitəçilərin iştirakı ilə davam edən atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara fokuslanması ilə əlaqələndirib. Bununla yanaşı, Qəzza zolağında təşkilati tənzimləmələrlə bağlı daxili fikir ayrılıqlarının da qərara təsir etdiyi vurğulanır.

    Qeyd edək ki, HƏMAS-ın 1987-ci ildə yarandığı gündən bəri ən ağır böhranla üzləşdiyi bildirilir. 7 oktyabr 2023-cü ildən sonra İsrailin hərəkatın müxtəlif qanadlarına endirdiyi zərbələr ciddi təşkilati və maliyyə çətinlikləri yaradıb. İsmayıl Haniyə və Yəhya Sinvarın sui-qəsdləri nəticəsində yaranan boşluğu doldurmaq üçün yeni rəhbərin seçilməsi daxili sabitliyin bərpası və hərəkatın birliyini dünyaya nümayiş etdirmək üçün mühüm addım hesab olunur.

    Hazırda Siyasi Şura rəhbərliyinə iki əsas namizədin adı çəkilir. Bunlar hərəkatın xaricdəki siyasi idarəsinin rəhbəri Xalid Məşal və Qəzzadakı Siyasi Şuranın rəhbəri Xəlil əl-Həyyadır. Mənbələr bu prosesin liderlik uğrunda bir qarşıdurma deyil, hərəkat daxilində sağlam rəqabət olduğunu bildiriblər. Üçüncü bir namizədin ortaya çıxma ehtimalı da istisna edilmir.

    #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #HƏMAS-ın mövqeyi #7 Oktyabr HƏMAS hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    15 Yanvar 2026 16:45

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    14 Yanvar 2026 19:57

    Xan Yunisdə HƏMAS-ın yüksək rütbəli polis rəisi həlak olub

    12 Yanvar 2026 16:29

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44
    XƏBƏR LENTİ

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Mərkəzi Bankın notlarına investisiya marağı artıb

    Payızlıq əkin subsidiyalarının ödənişinə başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.