Bakı,AzerVoice
İsrail və HƏMAS arasında təxminən 7 ay davam edən müharibədən sonra dünən (bazar ertəsi) Qəzza zolağında atəşkəs və mübadilə razılaşmasına ümidlər artıb.
ABŞ dövlət katibi Antoni Blinken, HƏMAS-ın son atəşkəs və mübadilə təklifini qəbul edəcəyinə ümid etdiyini ifadə edərək, bunu "çox səxavətli" adlandırıb.
Ağ ev rəsmisinin bəyanatını şərh edən HƏMAS mənbəsi bildirib ki, təşkilatın nümayəndə heyəti “fikir mübadiləsi aparmaq və mümkün qədər tez cavab vermək üçün” Misiri tərk edərək Qətərə qayıdıb.
Əl-Qahirə əl-İxbariyyə telekanalı bildirib ki, Həmas nümayəndə heyəti Qahirəni tərk edib və Qəzza zolağında son atəşkəs təklifinə yazılı cavab verəcək.
Böyük Britaniyanın xarici işlər naziri David Cameron, Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun (WEF) xüsusi sessiyasındakı çıxışında bildirib ki, Qəzzada israilli məhbusların azad edilməsi müqabilində, 40 günlük atəşkəs və minlərlə fələstinli məhbusun azad edilməsi olduqca vacibdir.
Buna cavab olaraq,Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan “İstənilən atəşkəs müvəqqəti deyil, daimi olmalıdır. “Biz bütün əsirlərin azad edilməsinin tərəfdarıyıq”-
deyə Fərhan bildirib.
Misirin xarici işlər naziri Samih Şükri Qəzzada yeni atəşkəs təklifi ilə bağlı "nikbin" olduğunu bildirib və təklifin "hər iki tərəfin mövqelərini nəzərə aldığını və mötədilliyi təmin etməyə çalışdığını" qeyd edib.
HƏMAS-ın siyasi büro və danışıqlar qrupunun üzvü Zahir Cəbbar isə, "Danışıqlarda müsbət atmosferdən danışmaq hələ tezdir"- deyib.
“HƏMAS İsrailin cavabını alıb və ona cavab vermək üçün məsləhətləşmə prosesindədir”- deyən Cəbbar təşkilatın şərtlərini vurğulayıb.
“Daimi atəşkəs, Qəzza zolağından çəkilmə, köçkünlərin geri qaytarılması, yenidənqurma işlərinin başlanması üçün dəqiq vaxt cədvəli və Fələstin xalqının məhbuslarına, xüsusən də məhbuslara qarşı ədalətsizliyi aradan qaldıracaq həqiqi mübadilə razılaşmasının əldə edilməsi, bizim əsas şərtimizdir”-deyə o bildirib.
KİV-in məlumatına görə, İsrailin Hərbi Nazirlər Kabineti müharibə başlayandan bəri Qəzza zolağında