Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!

    15 Noyabr 2025 13:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub.

    AzerVoice xəbər verir ki, tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Bu, məşhur azərbaycanlı neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

    Filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.
    Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

    Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla peşəkar aktyor heyəti filmdə rol alıb.

    Diqqətə çatdırılıb ki, "Tağıyev" filmləri eyni zamanda kinoteatrların nümayiş göstəricilərinə əsasən reytinq liderliyini qoruyur və artıq bir çox mükafatlara layiq görülüb. Hazırda filmin xarici ölkələrdə, o cümlədən Mərkəzi Asiya respublikalarında yayımı ilə bağlı danışıqlar aparılır.

    Sonra film nümayiş etdirilib, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!
    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!
    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!
    #Azərbaycan #Özbəkistan #Qırğızıstan #Türkmənistan #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Fondu #Daşkənd #Mərkəzi Asiya #Bakı Media Mərkəzi #Hacı Zeynalabdin Tağıyev #Kino Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan Prezidenti Tokayevə ən yüksək dövlət ordenini təqdim edib

    15 Noyabr 2025 15:47

    Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub (FOTO)

    15 Noyabr 2025 14:31

    Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb (FOTO)

    15 Noyabr 2025 14:28

    Prezident İlham Əliyev Özbəkistana səfərə gəlib

    15 Noyabr 2025 13:36

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    15 Noyabr 2025 11:57

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    15 Noyabr 2025 11:51

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    15 Noyabr 2025 11:31

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    15 Noyabr 2025 10:44

    Bakı Media Mərkəzinin dəstəyi ilə VIVANT serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb

    14 Noyabr 2025 21:06

    Budapeşt görüşündə Yaşıl Enerji Dəhlizi üzrə əsas razılaşmalar əldə olunub

    14 Noyabr 2025 18:30

    Qarabağdan Çelsi ilə görüşdə baş verənlərlə bağlı bəyanat

    14 Noyabr 2025 17:50

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30
    Demo
    XƏBƏR LENTİ

    Özbəkistan Prezidenti Tokayevə ən yüksək dövlət ordenini təqdim edib

    Türkiyənin F-35 tədarükünü istəmirik - İsrail

    Kipr türklərinin yanında olmağa davam edəcəyik - Hakan Fidan

    Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub (FOTO)

    Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb (FOTO)

    Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işləyirik - Kallas

    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!

    İran ABŞ-ın Karib hövzəsindəki hərbi fəaliyyətləri barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyev Özbəkistana səfərə gəlib

    Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb (FOTO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.